• $
  • €
  • ₽
  • ₺
  • £

Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi

Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
11.06.2016 11:09
Məhkəmə iddiasını türk vəkil qaldırıb.

Almaniya Bundestaqı "erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul etdiyi üçün məhkəməyə verilib. ANS PRESS-in məlumatına görə, şikayət ərizəsi türk əsilli vəkil Ramazan Akbaş tərəfindən Karlsruhe şəhər məhkəməsinə və Avropa İnsan Haqları məhkəməsinə verilib.

Ərizədə Almaniya Bundestaqının qəbul etdiyi qərarın ləğv edilməsi istənilir.

Akbaş deyib ki, Almaniyada 4.5 milyona yaxın türk və türk əsilli insan yaşayır. "Onların hər biri Almaniya parlamentinin qəbul etdiyi qərarı şikayət edə bilər. Qərarın geri götürülməsi üçün hüquqi mübarizə başlayıb. Bundestaq öz ölkəsində yaşayan türklərin maraqlarını nəzərə almadı və Almaniya daxilində sülhə və ədalətə zərbə vurdu”.

Almaniyanın odla oynadığını deyən vəkil "erməni soyqırımı” layihəsinin ölkə daxilinə nifrət toxumları səpdiyini bildirib.

"Hazırda Almaniyada islamafobiya çox yüksəkdir. Bura bir də türk düşmənliyi əlavə olunur. Onların gördüyü iş çox təhlükəlidir”. 

İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Qətnamə  "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol