• $
  • €
  • ₽
  • ₺
  • £

Təhlükəli bakteriyaları 30 saniyədə məhv edən maddə yaradılıb

Təhlükəli bakteriyaları 30 saniyədə məhv edən maddə yaradılıb
13.06.2016 18:29
Sinqapurlu alimlər mikrob əleyhinə unikal maddə hazırlayıblar. 

Trend-in verdiyi məlumata görə, bu maddə mikrobları nəinki tez bir zamanda məhv edir, həm də antibiotiklərə davamlı bakteriyaların inkişafına mane olur. İmidazol oliqomer adlı birləşməni Sinqapur Biomühəndislik və Nanotexnologiyalar İnstitutunun alimləri yaradıblar. Əldə edilmiş birləşmə cəmi 30 saniyədə E. Coli bakteriyalarının 99,7 faizini məhv edir.

Sinqapur alimlərinin elmi işinin nəticələri "Small" jurnalında dərc edilib.

Zənciri xatırladan molekulyar struktur nəticəsində imidazol oliqomerlər bakteriyanın hüceyrə membranına daxil olaraq onu dağıdır və antibiotiklərə davamlı ştamların çoxalmasına yol vermir. Maddə öz effektivliyini antibiotiklərə davamlı "Staphylococcus aureus", "Pseudomonas aeruginosa" və "Candida albicans" kimi bakteriya və göbələklərdə də göstərib. O, 2 dəqiqədən az müddətdə bu mikrobların 99,9 faizini məhv edib.

Yeni birləşmə triklozana - sabun və diş məcunu kimi adi gigiyenik vasitələrin tərkibindəki komponentə alternativ olaraq yaradılıb. Suda əriyən ağ toz formasında hazırlanan bu maddə evlərdə və xəstəxanalarda sterilizə məqsədilə işlədilən spirtli spreylərdə də istifadə edilə bilər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol