• $
  • €
  • ₽
  • ₺
  • £

Ohanyanın mühafizə xidmətinin rəhbəri polkovniki həbs etdirdi

Ohanyanın mühafizə xidmətinin rəhbəri polkovniki həbs etdirdi
13.06.2016 20:29
Ermənistan Müdafiə Nazirliyi ətrafında növbəti qalmaqal yaranıb. Qalmaqalın səbəbkarı isə müdafiə naziri Seyran Ohanyanın mühafizə xidmətinin rəhbəri Sergey Ayrapetyandır.

Oxu.Az "Joxovurd”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin departament rəisi, polkovnik Samvel Xaçatryan bu ilin martında "L tech comp.” MMC tərəfindən Müdafiə Nazirliyinə satılan texnikanın qiymətlərinin şişirdildiyini aşkarlayıb.

Bu barədə söhbət yayılmağa başlayandan sonra S.Ayrapetyan S.Xaçatryana xəbərdarlıq edib ki, bu məsələni unutsun, bu barədə yuxarı dairələrə məruzə etməsin. Ancaq S.Xaçatryan onun xəbərdarlığına məhəl qoymayıb və aşkarladığı qanun pozuntusunu nazirliyin yuxarı dairələrinə məruzə edib.

Bundan sonra isə S.Xaçatryan həbs olunub. Yaxınları təkidlə bildirirlər ki, onun həbsi quramadır və S.Ayrapetyan tərəfindən təşkil olunub.

Qəzetin məlumatına görə, bu il martın 15-də Müdafiə Nazirliyinin Texniki Təchizat İdarəsinin baş mütəxəssisi Arsen Qaribcanyan rüşvət götürməkdə təqsirli bilinərək həbs olunub. O, müstəntiqlərə bildirib ki, S.Ayrapetyan onu təhqir edib, hədə-qorxu gəlib. Ayrapetyan onu təhdid edərək S.Xaçatryanın əleyhinə ifadə verməsini istəyib.

Qəzetdə həmçinin qeyd edilir ki, nazir S.Ohanyan və onun mühafizə xidmətinin rəhbəri S.Ayrapetyan təhlükəsizlik xidmətinin rəhbəri şirkətlərin nazirliyə istədikləri qiymətə məhsullar satmasına göz yummağa davam edirlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol