• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan əhalisinin 15%-i çörək və kartof ilə qidalanır

Ermənistan əhalisinin 15%-i çörək və kartof ilə qidalanır
16.06.2016 19:38
Ermənistan əhalisinin 15%-nin yemək rasionu çörək və kartofdan ibarətdir. 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Cənubi Qafqaz regionunda milli strategiyalar və kiçik fermer istehsalatları sayəsində ərzaq təhlükəsizliyinin yüksəldilməsi” proqramı çərçivəsində "Oksfam” beynəlxalq təşkilatının Ermənistan və Gürcüstanda tədqiqat aparan müəllifləri bu qənaətə gəliblər. 

Oxu.Az bu barədə news.am-a istinadən xəbər verir. 

"Oksfam”ın erməni ofisinin direktoru Marqarita Akopyan qeyd edib ki, tədqiqatda, həmçinin balıq və ət kimi məhsulların qiyməti baha olması səbəbindən ölkə əhalisinin 33%-i üçün əlçatmaz olması bildirilir. 

Eyni şeyi elə meyvə və tərəvəz haqqında da demək olar. Tədqiqata görə, Ermənistanda yaşayan əhalinin 1,8-65,4%-i üçün bu ərzaq əlçatmazdır. Qış aylarında isə kəndə, yüksək dağlıq və sərhədyanı ərazilərin sakinlərinin, hətta 95%-i üçün meyvə və tərəvəzlər əlçatmaz ərzağa çevrilir.

Marqarita Akopyanın sözlərinə görə, Ermənistanda qidalanma ilə əlaqədar iki əsas problemi qeyd etmək olar. Birincisi, bəzi ərzaq çox bahadır, bu səbədən də çoxları bunları ala bilmir. İkincisi, insanların çoxu həm böyüklər, həm də uşaqar üçün hansı qidanın daha sağlam olduğu barədə informasiyası yoxdur.  

2014-cü ilin may-sentyabr aylarında keçirilən tədqiqat, həmçinin Ermənistanda uşaqların 15%-nin artıq çəki və ya piylənmədən əziyyət çəkdiyini göstərib.

"Demographic and Health Survey”in 2010-cu ildə verdiyi məlumata görə, 5 yaşına qədər uşaqların 19%-nin yanlış qidalanma üzündən alçaqboyludur, 8%-i isə rasionda lazımi qida maddələrinin olmaması ucbatından boy və inkişafda geridə qalır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol