• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən güclü superkompüterləri bəlli olub

Dünyanın ən güclü superkompüterləri bəlli olub
22.06.2016 22:42
Dünyada ən güclü superkompüterlərin reytinqi ("Top500”) yenilənib. Çinin "Sunway TaihuLight” sistemi birinci yerdə qərarlaşıb.

Sözügedən sistemin özəlliyi ondadır ki, kompüterdə Çində hazırlanmış çiplərdən istifadə edilib. Söhbət Şanxay Məhsuldar Mikrosxemlər Hazırlanma Mərkəzində ("Shanghai High Performance IC Design Center”) yaradılmış "SW26010” prosessorundan gedir.

"ICTnews” Elektron Xəbər Xidməti "dailycomm.ru” saytına istinadən xəbər verir ki, Usi şəhərində yerləşən Milli Superkompüter Mərkəzində qurulmuş "Sunway TaihuLight” superkompüteri 93 petaflops məhsuldarlığa malikdir ki, bu da reytinqin əvvəlki lideri ("Tianhe-2”) ilə müqayisədə təxminən iki dəfə yüksək göstəricidir.

"Sunway TaihuLight” superkompüteri təqribən 41 min qovşaqdan ibarət 10.65 milyon prosessor nüvəsinə malikdir. Superkompüter iqlim modelləşdirməsi və tibbi-bioloji tədqiqatların keçirilməsi üçün istifadə olunur.

Dünyanın 10 ən sürətli kompüter siyahısına Çindən 2 sistem, ABŞ-dan 4-ü, həmçinin Yaponiya, Almaniya, İsveçrə və Səudiyyə Ərəbistanı daxil olmaqla hər birindən 1-i daxil edilib. Məlumat üçün bildirək ki, "Top500” reytinqi ildə iki dəfə yenilənir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol