Türkiyədə terror aktı nəticəsində yaralananların sayı 12 nəfərə çatdı

Türkiyənin Mardin vilayətində polis məntəqəsinin binası önündə bomba qoyulmuş avtomobilin partladılması nəticəsində yaralananların sayı 12 nəfərə çatıb.
"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yaralananların hamısı xəstəxanalara çatdırılıb. Qeyd edək ki, hadisə zamanı bir sürücü dünyasını dəyişib.
www.ann.az
























