• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ sədri: "Avropa İttifaqını qoruyub saxlamaq və onu daha da güclü etmək niyyətindəyik"

Aİ sədri: "Avropa İttifaqını qoruyub saxlamaq və onu daha da güclü etmək niyyətindəyik"
24.06.2016 18:21
Mənfi ssenariyə hazırıq

"Sirr deyil ki, hamımız Böyük Britaniyada keçirilən referendumdan başqa nəticə görmək istəyirdik".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının sədri Donald Tusk deyib.

Onun sözlərinə görə, referendumun siyasi nəticələrini proqnozlaşdırmaq mümkün deyil, xüsusən də Böyük Britaniya üçün. "Bu, tarixi andır. Hamını əmin edirik ki, bu mənfi ssenariyə hazırıq. Son iki gün ərzində Aİ üzvü olan dövlətlərin liderlərinin hər biri ilə Britaniyadakı referendum barədə danışmışam. Bu gün Aİ-nin 27 liderinin adından bəyan edirəm ki, biz Avropa İttifaqını qoruyub saxlamaq və onu daha da güclü etmək niyyətindəyik", - deyə D.Tusk bildirib.

D.Tuskun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxışı hüquqi vakuum yaratmayacaq: "Britaniyanın Aİ-dən çıxışı ilə bağlı bütün prosedurlar müqavilələrdə öz əksini tapır".

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol