• $
  • €
  • ₽
  • ₺
  • £

Miqrantların adı yenə seksual təcavüz qalmaqalında hallanır

Miqrantların adı yenə seksual təcavüz qalmaqalında hallanır
05.07.2016 12:04

Almaniyanın "Bild" qəzeti xəbər verir ki, Düsseldorf polisi cinsi təcavüz və zorlama ilə bağlı bir neçə cinayət işi qaldırıb.

Cinayətlərin açıq hovuzlarda və əsasən əcnəbilər tərəfindən törədildiyi bildirilir.

Qəzet polislərin yazışmasına istinad edərək yazır ki, çimərlik mövsümünün başlanması ilə şəhərdə "cinsi xarakterli cinayətlərin ciddi artımı" qeydə alınmaqdadır. Bunların arasında yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilən cinayətlər də var.

15 iyun tarixli xidməti yazışmada deyilir ki, "Cinayətkarların şəxsiyyətini müəyyən etmək mümkün olduğu zaman onların əsasən gəlmə olduqları üzə çıxır. Onlar bir qayda olaraq gənclərdir."

Almaniyada kütləvi cinsi təcavüz hallarına tez-tez rast gəlinir. Mayın 31-də bildirilirdi ki, Darmştadt şəhərinin polisinə musiqi festivalı zamanı miqrantlar tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını iddia edən qadınlardan azı 18 müraciət daxil olub.

Fevral ayının əvvəlində isə Köln polisinə küçədə sataşmalarla bağlı 22 şikayət daxil olmuşdu. Bu halların da hamısı hər il fevralda keçirilən bir həftəlik karnaval zamanı baş vermişdi. Baş verənlərin arasında hətta bir zorlama halı da var idi.

Ən böyük hücum isə Yeni İl gecəsində Kölndə baş vermişdi. Həmin gecə 1500-ə qədər yerli qadına hücum olunmuşdu. Qadınlar təcavüzkarların Yaxın Şərq və Şimali Afrika əsilli kişilər olduğunu iddia edirlər. (Azadliq.org)

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol