• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada hər dördüncü mobil qurğu zərərli proqram təminatına yoluxub

Dünyada hər dördüncü mobil qurğu zərərli proqram təminatına yoluxub
06.07.2016 12:10
"Skycure” şirkəti dünyada hər dördüncü mobil qurğunun zərərli proqram təminatına yoluxmasını açıqlayıb. Şirkətin təhlükəsizlik təhdidlərinə həsr edilən rüblük hesabatına görə, zərərli proqramlar "Apple” istehsalı olan korporativ qurğuların 3 faizində və "Android” sistemli qurğuların 5,7 faizində quraşdırılıb.  

"ICTnews” Elektron Xəbər Xidməti "SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, "Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən korporativ qurğular üçün zərərli proqram təminatı (76 unikal nümunə) "iOS” (22 faiz) ilə müqayisədə müxtəlifliyi ilə seçilir. "Google” şirkətinin mobil əməliyyat sistemi hakerlər üçün zərərli proqramların yaradılması və yayılması üçün böyük imkanlar açır. Lakin buna baxmayaraq "Skycure” şirkətinin tədqiqatından məlum olub ki, hər iki sistem üçün zərərli proqram təminatı nümunələrinin sayı sürətlə artmaqda davam edir.

Bildirilir ki, istifadəçilərə qurğuda böyük üstünlüklər verən "Jailbreak” (Apple şirkətinin "iPhone”, "iPod” və ya "iPad” qurğularının fayl sistemlərindən istifadəyə imkan verən rəsmən dəstəkləmədiyi əməliyyatı) korporativ və şəxsi "iPhone” və "iPad” qurğularının müvafiq olaraq 0,02 və 0,56 faizində quraşdırılıb. Korporativ istifadəçilərin 0,71 faizi və şəxsi "Android” qurğu sahiblərinin 3,38 faizi super istifadəçi hüququna malikdir.  

Müəssisələrdə "Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən istifadədə olan hər beşinci qurğu (19,3 faiz) kənar mənbələrdən əlavələr quraşdırmağa imkan verir. Etibarsız mənbələrdən quraşdırılan proqramların əksəriyyətində zərərli proqram təminatının olmasına görə onlar korporativ məlumatların təhlükəsizliyi üçün ciddi təhlükə törədir.

Ən təhlükəsiz əlavələr mağazalarından biri "Google Play Store” (hər 1600 əlavə üçün 1 zərərli əlavə) hesab edilir. Viruslara 2 və 12 dəfə daha çox "Samsung” və "Amazon” mağazalarında rast gəlinir. 
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol