• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya hökuməti təkrar referendumdan imtina etdi

Britaniya hökuməti təkrar referendumdan imtina etdi
09.07.2016 17:42
Böyük Britaniya hökuməti krallığın Avropa İttifaqından çıxması ilə bağlı təkrar referendumun keçirilməsi ilə bağlı petisiyaya mənfi cavab verib.
 
APA-nın məlumatına görə, petisiyaya cavab sənədin yerləşdirildiyi saytda dərc olunub.
 
Cavabda deyilir ki, bu cür səsvermələr baş nazir Devid Kemeronun da dediyi kimi, əsrdə bir dəfə baş tutur: "Devid Kemeron iyunun 27-də parlamentdə çıxışı zamanı bildirib ki, 33 milyon insanın iştirak etdiyi referendum ölkə tarixinin ən böyük demokratiya təcrübələrindən biri oldu. Qərara hörmətlə yanaşmaq lazımdır".
 
Bildirilir ki, hökumətin etirazına baxmayaraq, petisiya 100 mindən artıq səs topladığı üçün parlamentdə müzakirəyə çıxarılacaq.
 
Qeyd edək ki, təkrar referendumun keçirilməsi ilə bağlı petisiyanı 4 milyondan çox şəxs imzalayıb.
 
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda seçicilərin 51,9%-i Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol