• $
  • €
  • ₽
  • ₺
  • £

“Microsoft” autizmə tutulan uşaqlara kömək üçün virtual reallıqdan istifadə edir

“Microsoft” autizmə tutulan uşaqlara kömək üçün virtual reallıqdan istifadə edir
29.05.2020 12:17
"Microsoft” korporasiyasının tədqiqatçıları virtual reallıqdan daha bir sahədə istifadəyə başlayıblar.

Belə ki, onlar ötən həftə Böyük Britaniyada keçirilən seminar çərçivəsində autizm xəstəliyinə düçar olan uşaqların iş mühitinə daxil olmalarına hazırlıq üçün virtual reallıq texnologiyasından istifadə imkanını nümayiş etdiriblər. Bu məqsədlə 7-9 yaşlı 22 nəfərdən ibarət seçilən qrup "Windows 10 Mobile” mobil əməliyyat sistemli smartfonlarda "HTC Vive” kaskası və "VISR” virtual reallıq qarnituru vasitəsilə proqramlaşdırmada öz qüvvəsini sınayıb. Qrup virtual dünyada müxtəlif obyektlər yaradaraq ora rəsmləri yükləməyə nail olub.

"Uşaqlar mobil telefondan istifadə edərək virtual dünyada ətrafında arı təknələrinin fırlandığı və sakura budaqlarının olduğu ağac və skamya kimi obyektlər yarada biliblər”, - "Microsoft UK”-nın hesabatında qeyd olunur.

"Microsoft” mütəxəssisləri əmindirlər ki, seminar autizmdən əziyyət çəkən uşaqları proqramlaşdırma ilə məşğul olmağa ruhlandıracaq və bu da öz növbəsində onlara gələcəkdə Böyük Britaniyada iş yeri seçimində daha böyük imkanlar verəcək.

Tədbirin təşkilində, həmçinin autizm xəstəliyinə düçar olan uşaqlar, gənclər və ailələrlə işləyən "CASPA” xeyriyyə təşkilatı iştirak edib, -  "4PDA” yazır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol