• $
  • €
  • ₽
  • ₺
  • £

Bionik əl protezi əlləri amputasiya olunan insanlara kömək edəcək

Bionik əl protezi əlləri amputasiya olunan insanlara kömək edəcək
13.07.2016 21:31
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency - DARPA) hazırladığı yeni nəsil innovativ protez əl artıq bu ildən əlləri amputasiya olunan insanlara yardımçı olacaq.

"ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, bionik protez ilk dəfə 2014-cü ildə inqilabi protezləşdirmə proqramı çərçivəsində nümayiş olunub. Həmin vaxt "DEKA” adlanan protezin adı hazırda "LUKE” (Life Under Kinetic Evolution) ilə əvəzlənib. "LUKE” bionik protezi kommersiya bazarları üçün təsdiq edilən ilk protez olmaqla xəstənin əllərində mürəkkəb siqnalları müəyyən hərəkətə çevirir.   

Bildirilir ki, bionik protez əl tibbi qurğuların istehsalı ilə məşğul olan "Mobius Bionics” şirkəti tərəfindən bazara çıxarılacaq və "Universal Instruments Corporation” şirkəti ilə birlikdə inteqrasiya olunmuş protezləşdirmə üçün yeni məhsul kateqoriyası kimi istehsal ediləcək.

Protezin idarəetməsinin əsasını xəstənin əllərində siqnalları analiz edərək onları müəyyən hərəkətə çevirən elektromioqramma oxunma texnologiyası təşkil edir. Bionik əlin yeni versiyasında əsas yenilik protez üzərində nəzarətin təkmilləşdirilməsi və geniş əhatədə tənzimləməyin mümkün olduğu tutma gücüdür. Protez 10 aktiv sərbəstlik dərəcəsinə malikdir.

Protez sistemi, həmçinin xəstə üçün əks-əlaqəni təmin edən ötürücü dəstləri ilə təchiz edilib ki, bu da əlin sıxılma gücünü tənzimləməyə imkan verir. "LUKE” protezində daha bir yenilik isə simsiz şəbəkə ilə alternativ nəzarət vasitələri təklif edən mühərrikə qoşulan inersiyalı ölçmə cihazlarından istifadə hesab olunur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol