Türkiyə-İran sərhədi bağlandı

Türkiyə Ağrı vilayətində İranla sərhəddəki Gürbulaq nəzarət-buraxılış məntəqəsini bağlayıb.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi terror təhlükəsi göstərilir.
Hüquq-mühafizə orqanları ehtimal edilən partlayıcı qurğunun hissələrini Gürbulaq yaxınlığında tapıb.
Ərazi dövrəyə alınıb. Hadisə yerində minaaxtaranlar işləyirlər.
www.ann.az
























