Boris Conson: “Brexit” Avropanı tamamilə tərk etmək demək deyil”

Boris Conson Avropa Birliyi referendumunun nəticələrinə hörmət edilməsini vacib sayıb və bunun tamamilə Avropa Birliyini tərk etmək olmadığını vurğulayıb.
ANN.Az-ın "The İndependent”ə istinadən verdiyi xəbərə görə, İngiltərənin yeni xarici işlər naziri Boris Conson bunları deyib: "Düşünürəm ki, biz qlobal güc olaraq İngiltərənin qlobal profilini və əhəmiyyətini yenidən müəyyənləşdirmək üçün lazım olan digər tədbirləri həyata keçirməliyik”.
XİN rəhbəri hesab edir ki, referendumun keçirilməsi xalqın iradəsinin ortaya qoyulmasıdır: "Amma, heç bir halda bu Avropanı tərk etmək anlamına gəlməməlidir. Avropa Birliyini tərk etməklə Avropa ilə əlaqələri kəsmək arasında böyük fərq var. Mən Avropa dövlətləri ilə ölkələrarası intensiv əlaqələr qurulucağını düşünürəm”.
Keçmiş jurnalist Conson , 2001-ci ildə Henley şəhərindən deputat, həm də 8 il boyunca London şəhər bələdiyyə sədri vəzifələrini icra edib. Tereza May baş nazir təyin edilən gün B.Consonu Xarici İşlər naziri postuna gətirdi.
Lakin onun bu vəzifəyə gətirilməsi heç də birmənalı qarşılanmayıb. Bəziləri onun yarı-Keniyalı olmasını əsas gətirərək Britaniyaya qarşı kin saxlayacağını düşünür. Parlament üzvü Devid Lami yazdığı bir "tweet”ində Consonun təyinatını belə qiymətləndirib: "Conson bizim xarici işlər nazirimizdir? Olmaya bu pis bir yuxudur? Ya yaranmış fırtına? Allah, bizə kömək et!”.
Qeyd edək ki, xarici işlər naziri postu Böyük Britaniyanın ən böyük 4 postundan biri sayılır.
Hazırladı:
Həşim Səhrablı
www.ann.az
























