• $
  • €
  • ₽
  • ₺
  • £

Almatanın mərkəzində atışma – Polislər ölüb

Almatanın mərkəzində atışma – Polislər ölüb
28.05.2020 21:38
Şəhərdə ən yüksək terror təhlükəsi "qırmızı” səviyyə elan edilib.

Almata şəhərinin Almalinsk rayon DİN idarəsinin yaxınlığında atışma nəticəsində iki polis ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Daxili İşlər Nazirliyi ölkədə terror əleyhinə əməliyyatın başladığını elan edib. Sakinlərdən küçəyə çıxmamaq və şübhəli şəxslər haqqında xəbər vermələri xahiş edilib, "Tengrinews” Daxili İşlər Departamentinə istinadən məlumat verir.

Almatada ən yüksək terror təhlükəsi "qırmızı” səviyyə elan edilib. Qeyd edildiyi kimi, buna əsas Almalinsk rayon DİN şöbəsinə və MTK departamentinə hücum olub.

İlkin məlumata görə, xəstəxanaya ən azı beş yaralı gətirilib, "Kazinform” məlumat yayıb. 

11:05

Almatanın mərkəzində silahlı hücum nəticəsində ən azı bir polis ölüb, bir neçə nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Polisin məlumatına görə, terror əleyhinə əməliyyat aparılır. 

11:00

Şahidlərin sözlərinə görə, təcili yardım və polis binaya yaxınlaşıb, yaralıların olduğu istisna edilmir. 

Oxu.Az Tengrinews.kz-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Komitəsinin şöbəsinin binası mühasirəyə alınıb. 

Daha öncə Almatada rayon DİN idarəsinin mühasirəyə alındığına dair xəbər yayılmışdı. Nikolsk bazarı yaxınlığında atışmanın eşidildiyi deyilir. Şahidlər həmçinin qonşu ofislərin əməkdaşlarının binadan buraxılmağını da bildiriblər. 

Yaxın ofislərin əməkdaşlarının sözlərinə görə 10-a yaxın atəş açılıb. "Əvvəlcə tək-tək - üç ya dörd atəş açıldı, sonra isə elə bil güllə qatarı buraxdılar. Naməlum şəxs Karasay batır küçəsi tərəfindən Baytursınova tərəfə avtomatla qaçdı, onun ardınca polislər qaçdı”, - şahidlər danışıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol