• $
  • €
  • ₽
  • ₺
  • £

Con Kerri Türkiyəyə xəbərdarlıq etdi

Con Kerri Türkiyəyə xəbərdarlıq etdi
18.07.2016 16:47
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini və ABŞ dövlət katibi Con Kerri Brüsseldə mətbuat konfransı keçiriblər.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyədə baş verənlərə dair mövqeyini bölüşən F. Mogerini bu ölkənin Konstitusiya quruluşuna riayət edilməsinin və hüququn üstünlüyünün təmin olunmasının zəruriliyini vurğulayıb: "Türkiyədə yaşananlara dair narahatlıqları bölüşürük. Türkiyənin demokratiya, insan haqları və təməl hüquqlara riayət etməsini təmin etməliyik”.
 
F. Mogerini bildirib ki, Türkiyə edam cəzasını bərpa edərsə, Avropa İttifaqına üzv qəbul oluna bilməz: "Edam cəzasını tətbiq edən heç bir ölkə Avropa İttifaqına üzv ola bilməz. Türkiyə Avropa Şurasının bir parçasıdır və Avropa İnsan Haqları Konvensiyasına qoşulub”. 
 
C. Kerri isə Türkiyənin seçilmiş liderlərinin yanında olduqlarını söyləyib. O, ABŞ və Aİ-nin Türkiyəni hüququn üstünlüyünə hörmət göstərməyə çağırdığını deyib: "Çevriliş cəhdi göstərənlərin məhkəmə önünə çıxarılmasını dəstəkləyirik. Lakin Türkiyəyə xəbərdarlıq edirik ki, çevriliş cəhdindən sonra qayda-qanunu təmin etmək məsələsində çox irəli getməsin”.
 
C. Kerri NATO-nun Türkiyədə baş verənləri nəzərdən keçirəcəyini də əlavə edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol