• $
  • €
  • ₽
  • ₺
  • £

Bir milyon “Android” istifadəçisi fırıldaqçıların qurbanı oldu

Bir milyon “Android” istifadəçisi fırıldaqçıların qurbanı oldu
19.07.2016 23:00
"ESET" antivirus şirkəti "Google Play" əlavələr mağazasında sosial şəbəkələrdə abunəçi sayının artırılması üçün nəzərdə tutulan 8 saxta "Android" əlavəsi aşkarlayıb.

Tədqiqatçıların "Android/Fasurke" adlandırdığı proqramlar vasitəsilə cinayətkarlar fərdi məlumatlar və pul oğurlamağa nail olublar. Fırıldaqçılıq kampaniyası zamanı 250 mindən 1 milyonadək istifadəçi əlavəni quraşdırıb.

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, əlavələr istifadəçinin fərdi məlumatlarını, daimi ödənişli abunələri, eləcə də marketinq məlumatları və reklamların alınması üçün razılıq tələb edib. Proqramlar işə salınan zaman istifadəçiyə mobil qurğu modelinin adını, öz adını və qəbul etmək istədiyi abunəçi sayını daxil etmək lazım gəlib. "Abunəçi sayının artırılması prosesi" başladıqdan sonra saxta robot yoxlanışından keçmək tələb olunub.

Bildirilir ki, istifadəçiyə fərdi məlumat (ad, elektron poçt ünvanı, ünvan, telefon, doğum tarixi və cins) qarşılığında çoxsaylı müxtəlif hədiyyələr, kupon və pulsuz xidmətlər təklif edilib. Çoxsaylı mənfi şərhlərə baxmayaraq əlavələrin populyarlığı azalmayıb.

"Google" şirkəti problem barədə məlumatlandırılıb və əlavələr artıq internet mağazasından silinib. Lakin "ESET" ekspertləri xəbərdarlıq ediblər ki, "Google Play"də oxşar xarakterli digər əlavələr qala bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol