• $
  • €
  • ₽
  • ₺
  • £

Yerevanda toqquşmalarda 4 polis yaralanıb

Yerevanda toqquşmalarda 4 polis yaralanıb
20.07.2016 14:09
Yerevanda silahlı qrup tərəfindən tutulmuş polis idarəsi ətrafındakı polis kordonunu keçməyə çalışan etirazçılarla toqquşma olub, 4 polis əməkdaşı yaralanıb.

"Bəzi şəxslər qorunan əraziyə girmək istəyiblər, bu da polislə toqquşmayla nəticələnib. Dörd polis əməkdaşı etirazçıların atdığı daşlardan xəsarət alıb. Onlar xəstəxanaya aparılıb”, məlumatı jurnalistlərə Ermənistan parlamentindəki müxalif Erməni Milli Konqresinin üzvü Nikol Pashinyan verib.

Daha öncə polis Pashinyan və iki jurnalistə qorunan əraziyə keçib silahlı qrupla görüşməyə və şərtlərini müəyənləşdirməyə icazə verib.

Yerli sakinlərin sözlərinə görə, etirazçılar əraziyə qaz və su təchizatının kəsilməsindən narazılıqlarını bildiriblər. Bu addım mümkün atışma halında hər hansı sızmanın qarşısını almaqdan ötrü atılıb.

Yerevan polisinin rəhbəri Ashot Karapetyan deyib ki, etirazçılardan saxlanan olmayıb. Onun sözlərinə görə, "təxribatçılar gərginlik yaratmağa çalışıblar. İndi sakitçilikdir”.

İyulun 17-də bir qrup silahlı Erebuni polis idarəsini tutub, ölən və yaralanan olub. Silahlılar ötən ay saxlanmış liderlərinə azadlıq tələb edirlər. (Azadliq.org)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol