Aİ-dən xəbərdarlıq: "Türkiyə ölüm hökmünü bərpa etsə..."

Türkiyə ölüm hökmünü bərpa etsə, Avropa İttifaqı ölkənin birliyə qoşulması prosesini dərhal dayandıracaq.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binali Yıldırım ölkədə dövlət çevrilişinə cəhdlə bağlı ölüm hökmünün bərpasını istisna etməyiblər.
www.ann.az
























