• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin məşhur jurnalisti Nazlı Ilıcakın həbsinə sanksiya verildi

Türkiyənin məşhur jurnalisti Nazlı Ilıcakın həbsinə sanksiya verildi
25.07.2016 13:05
 Türkiyədə "Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media ayağına qarşı əməliyyat başlayıb.
 
APA-nın "Hürriyet”ə istinadən yaydığı məlumata görə, İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında Türkiyənin məşhur jurnalistlərindən olan Nazlı Ilıcakın da adı var. N. Ilıcakın hazırda turizm zonası Muğla vilayəti ərazisində olduğu güman edilir. 
 
1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri -  "Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol