Türkiyədə partlayış törədilib, üç polis şəhid olub

Türkiyənin Mardin vilayətində törədilən partlayış nəticəsində 3 polis əməkdaşı şəhid olub.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, terrorçular yola quraşdırdıqları partlayıcı qurğunu zirehli polis maşını keçərkən işə qalıblar. Nəticədə xüsusi təyinatlı 3 polis əməkdaşı ölüb.
Bölgədə terrorçulara qarşı irimiqyaslı əməliyyat davam edir.
www.ann.az
























