• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə səfiri Ermənistanla münasibətlərin normallaşması məsələsindən danışdı

Türkiyə səfiri Ermənistanla münasibətlərin normallaşması məsələsindən danışdı
26.07.2016 13:17
"Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir. Münasibətlərin normallaşmasının yolu Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Ondan sonra bunun hansı formada olacağına Azərbaycanla birlikdə qərar verərik”.
 
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun "Hürriyet” qəzetinin yazarı Fatih Çekirgenin "Ermənistanla yeni müzakirə” başlıqlı məqaləsində yer alan fikirləri APA-ya şərh edərkən deyib. Səfir bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də Bakıda Elmar Məmmədyarovla ikitərəfli, beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri də müzakirə edib: "Mövlud Çavuşoğlu bir daha vurğuladı ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün o qədər önəmlidir. Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində dərhal sülh yolu ilə həllində Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. Nazirimiz dedi ki, Azərbaycan hansı həll yolunu məqbul hesab edirsə, həmin həll yol Türkiyə üçün də məqbuldur. Ermənistanla münasibətlərə gəlincə, nazirin bununla bağlı qəti fikir bildirdiyini düşünmürəm. Azərbaycan tərəfi hər zaman bəyan edir ki,  Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bölgədəki bütün əməkdaşlıq fəaliyyətlərindən özünü təcrid edir. Bu işğal sona çatdıqdan, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra bölgədə Ermənistanın da daxil olacağı yeni layihələrə zəmin yarana bilər. Nazirimiz də sadəcə Azərbaycanın vurğuladığı bu konstruktiv düşüncəni təkrarlayıb”.
 
İsmayıl Alper Coşkun 15 iyul - hərbi çevrilişə cəhddən sonra hazırlanan və  Türkiyənin bütün telekanallarında yayımlanan reklam çarxında səslənən "ne mutlu ermeniyim diyene” ifadəsi ilə bağlı məqama da aydınlıq gətirib: "Siz haqlı olaraq, ermənilərlə bağlı hissəyə diqqət yetirirsiniz. Azərbaycan xalqı bunu bilsin ki, Ermənistanın işğalçılıq siyasəti sizi nə qədər üzür, qəzəbinizə səbəb olursa, o qədər də Türkiyəyə təsir edir. Bu, siyasi bir seçim, məcburiyyət deyil. İçimizdən gələn bir hissdir. Türkiyə ictimaiyyəti və dövlət rəhbərliyi eyni hissi keçirir. Ancaq unutmamaq lazımdır ki, hazırda Türkiyə sıxıntılı günlər yaşayır. Siz məsələyə təbii olaraq, Azərbaycanın nöqteyi-nəzərindən baxırsınız. Amma orda "sünni, şiə, kürd, erməni də olsan” deyilir. Yəni, Türkiyə Cümhuriyyətinin hərbi çevriliş cəhdi qarşısında 80 milyon insanın qurtuluş savaşında olduğu kimi bir araya gəldiyini diqqətə çatdırırlar. Kampaniyanı müdafiə etmək kimi bir öhdəliyim yoxdur. Rəsmi kampaniya da deyil. Nazirimizin sözlərinə istinadən Fatih Çekirgenin yazdığı məqalə və bu kampaniyanın ikisini birlikdə dəyərləndirmənizi anlayışla qarşılayıram. Amma bunların bir-biri ilə birbaşa əlaqəsi yoxdur. Nazirimizin bölgənin inkişafı ilə dedikləri xoşməramlı gözləntidir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol