• $
  • €
  • ₽
  • ₺
  • £

İranda azərbaycanlılar ayağa qalxdı – FOTO

İranda azərbaycanlılar ayağa qalxdı – FOTO
29.05.2020 07:41

Ötən gün axşam saatlarından etibarən Cənubi Azərbaycanın bir çox şəhərində kütləvi etirazlara başlanılıb.

ANN.Az Musavat-a istinadən xəbər verir ki, Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə azərbaycanlı soydaşlarımız əllərində "Biz istəyirik diri qalaq”, "Mən türkəm” və digər yazılı plakatlar tutaraq "Haray, haray, mən türkəm”, "Ölüm olsun faşizmə”, "Azərbaycan milləti, çəkənməz bu zilləti” kimi şüarlar səsləndirib, etiraz mitinqləri keçiriblər.

Etirazlara səbəb bu günlərdə İranın "Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunmasıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq onlarla azərbaycanlı fəal polis qüvvələri tərəfindən saxlanılıb.

Onların arasında "Traxtur” futbol komandasının lideri Əli Hedayəti, həmçinin Marağadan Murtaza Əşrəfi, Urmiyadan Mehdi Hacızadə, Ərdəbildən Məhəmməd Corani, Əhməd Məhəmmədzadə, Hüseyn Balaxani, Xoydan Səlman Əraqi və digərlərinin olduğu bildirilir.

Xatırladaq ki, bu günlərdə İranın "Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Təəssüf doğuran daha bir məqam ondan ibarətdir ki, adıçəkilən qəzet azərbaycanlıların mənəvi paytaxı hesab edilən Təbrizdə dərc edilir, rəhbəri Amir Əlizadə və məqalənin müəllifi Süleyman Əfşar Tikabi əslən azərbaycanlıdır.

Yazı dərc olunduğu andan kütləvi etirazlara səbəb olub. Olayın ardından isə bir müddət bundan öncə türkləri təhqir etməklə kütləvi etirazlara, çoxlu sayda azərbaycanlı fəalların həbsinə səbəb olan "Fitilə” verilişinin üzvlərinin mükafatlandırılması narazı kütlənin qəzəbini daha da artırıb, hiddətləndirib.

Nəticədə iyulun 26-da bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilmişdi. Təkcə həmin aksiyalarda 20-dən çox fəalın saxlanıldığı, onların arasında qadınların da olduğu bildirilir.
 








www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol