Rusiya BMT TŞ-də Kiyevin Krıma dair yeni bəyanatını blokladı

Rusiya nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasında Krımın RF-in Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı Ukraynanın yeni bəyanatını bloklayıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın BMT-dəki nümayəndə heyəti "Twitter”dəki səhifəsində bildirib.
Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin "Krım Federal Dairə”nin Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı fərman imzalayıb.
www.ann.az
























