• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni qurğu üzmə zamanı informasiya əldə etməyə kömək edəcək

Yeni qurğu üzmə zamanı informasiya əldə etməyə kömək edəcək
29.07.2016 21:30
Mütəxəssislər üzgüçülər üçün üzmə zamanı vacib informasiya əldə etməyə kömək edən yeni qurğu təqdim ediblər.

"ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, peşəkar üzgüçülər tez-tez suda hərəkətin sürətini, yarışlarda dövrənin nömrəsini və ya açıq dənizdə uzun üzmələr zamanı koordinatları öyrənməyə imkan verən müxtəlif qurğulardan istifadə etmək məcburiyyətində qalırlar. Lakin bütün oxşar qurğular üzgüçülərdən tam dayanmanı tələb edir. Çinin "Platysens” şirkətinin istehsalı olan yeni qurğu bu baxımdan ən rahat alət ola bilər.

Bildirilir ki, sukeçirməz "Marlin” qulaqcığa bənzəyən qurğu olsa da, qulağa yox, üzgüçülük üçün papaqlara taxılır. Qurğudan hovuza istifadə zamanı hərəkət ötürücüləri sürəti, dövrə vaxtını və üzmənin ümumi vaxtını izləyir. Bu informasiyanın hamısı istifadəçiyə səsi onun sümükləri vasitəsilə ötürən qulaqcıqla xüsusi sintezləşdirilmiş səslə çatdırılır.

Açıq göldə üzmə zamanı qurğu üzgüçünün hərəkətini izləmək və  trayektoriyasını əlaqələndirmək üçün əvvəlcədən smartfon üçün xüsusi əlavə vasitəsilə yüklənən "GPS” koordinatlarından istifadə edir.

Bundan başqa, "Marlin” qurğusunun sistemi istifadəçi ilə təlim məşğələləri keçirərək əl-qolun açılması üçün hərəkətlərin və məşqlərin müxtəlif variantları barədə məlumat verə və təkrarlanan hərəkətlərin sayını hesablaya bilir. Lakin qurğunun akkumulyatorunun enerjisi hovuzda 10 saatlıq fasiləsiz məşq və ya "GPS” izləmə funksiyası ilə 5 saatlıq iş üçün nəzərdə tutulub.

Hazırda "Marlin” layihəsi üçün "Kickstarter” saytında vəsait toplanır. İlkin sifariş üçün qiyməti 80 dollar təşkil edən qurğunun pərakəndə satış qiyməti 150 dollar olacaq.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol