• $
  • €
  • ₽
  • ₺
  • £

​Liviya ilin sonunadək neft hasilatını 2 dəfə artıracaq

​Liviya ilin sonunadək neft hasilatını 2 dəfə artıracaq
02.08.2016 20:19
Analitiklər: Neftin qiyməti 35-40 dollar/barelə qədər geriləyə bilər


 Liviya yaxın iki həftə ərzində gündəlik neft hasilatını 400 min bareldən 550 min barelə, ilin sonuna qədər isə 900 min barelə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası tərəfindən "The Wall Street Journal"a açıqlamasında bildirilib. 
Milli Neft Korporasiyası Liviya hökuməti tərəfindən əlavə maliyyə vəsaiti ilə təmin edilib və bunun nəticəsində neft ixracının artırılması nəzərdə tutulub. Lakin ixracın artırılması üçün əsas şərtin Liviya hökuməti ilə ölkədəki silahlı qruplaşmalar arasında razılığın əldə olunması amili göstərilir.

Xatırladaq ki, iyulun 28-də "Bank of America"nın analitikləri neft qiymətlərinin 35-40 dollar/barel diapazonuna kimi geriləyəcəyini açıqlayıblar. Onlar buna səbəb kimi, qlobal iqtisadi durğunluq və neft bazarında təklifin artmasını göstəriblər. Bankın analitikləri əlavə ediblər ki, Liviyada neft hasilatı sektorunun tam gücü ilə çalışması bərpa edilərsə, neft bazarında təklifin kəskin artacağı və qiymətlərin azalacağı ehtimal olunur. 
Qeyd edək ki, hazırda "Brent" markalı neftin bir bareli 42 dollardan satılır. Bu, son iqtisadi böhrandakı neftin minimal qiymətindən 55% yüksək, neftin tarixi maksimal qiymətindən isə 3,5 dəfə azdır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol