• $
  • €
  • ₽
  • ₺
  • £

Kansler: Türkiyənin Aİ-yə daxil olmasına çox var

Kansler: Türkiyənin Aİ-yə daxil olmasına çox var
04.08.2016 21:43
"Avropaya yeni yol lazımdır”.

Avstriyanın kansleri Kristian Kern hesab edir ki, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqları dayandırmaq lazımdır.  

Oxu.Az TASS-a istinadən xəbər verir ki, televiziyada çıxış zamanı o qeyd edib ki, bu məsələni Aİ sentyabrda keçiriləcək sammitində qaldırmağı planlaşdırır. 

"Türkiyə ilə münasibətdə biz xahiş edən kimi yox, iri investorlardan biri rolunda çıxış edirik. Hər iki tərəfin itirə biləcəkləri var. Bu danışıqlar üçün yaxşı bazadır”, - agentlik Kernin sözlərindən sitat gətirib. 

Bununla yanaşı, kanslerin fikrincə, Türkiyənin quruma daxil olmasına çox var.

"Bu nə indi, nə də yaxın on ildə baş verməyəcək”, - o, "Die Presse”ə bəyan edib. 

"Həqiqətlə üzləşmək lazımdır: hazırda ittifaqa daxil olmaq barədə danışıqlar uydurmadan başqa bir şey deyil. Avropaya başqa yol lazımdır”, - o bildirib. 

Avstriya hökumətinin rəhbəri bu məsələdə başlıca maneə olaraq yalnız Türkiyədə baş verən siyasi məsələləri deyil, eləcə də Avropada yolverilməz olan iqtisadi qeyri-bərabərliyi də göstərib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol