• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp”dan yazışmanı ələ keçirməyə imkan verən yeni üsul tapılıb

“WhatsApp”dan yazışmanı ələ keçirməyə imkan verən yeni üsul tapılıb
16.08.2016 22:58
ABŞ-ın Perdyu Universitetinin tədqiqatçıları tərəfindən "Android” sistemi ilə işləyən smartfonlar üçün hazırlanmış mobil proqram qurğu sahibinin son bir neçə saat və ya gündə nə barədə yazışdığını, kiminlə ünsiyyət saxladığını, internetdə nə axtardığını öyrənməyə imkan verir. 

Proqramın yaradıcıları belə düşünür ki, sözügedən mobil proqram kriminalistlərə faydalı olacaq. Proqramın hazırlanmasına 9 ay vaxt sərf olunub.

"ICTnews” Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən yazır ki, mobil proqram "RetroScope” adlandırılıb. Proqramın iş prinsipi aşağıdakı kimidir: qrafik kontrollerin köməyi ilə smartfonun ekranına çıxarılmış son təsvirlərin surətini əməli yaddaşdan əldə edir.

"Android” mobil əməliyyat sisteminin yaradıcısı "Google” korporasiyası son təsvirlərin surətinin əməli yaddaşından silinməsini nəzərdə tutmadığından belə mobil proqram yaratmaq mümkün olub. Alimlərin fikrincə son təsvirlərin yaddaşda saxlanılması nəticəsində bağlanmış proqramı yenidən işə saldıqda interfeys daha sürətlə açılır.

Proqramın yaradıcıları sınaq zamanı "Gmail”, "Skype”, "WeChat”, "WhatsApp”, "TextSecure”, "Telegram” daxil olmaqla 15 müxtəlif mobil proqramda 3-dən 11-dək olan son təsvirləri ələ keçirə biliblər.
Tədqiqatçılar bildiriblər ki, bu informasiyanı silməyin yeganə üsulu smartfonu yenidən yükləmək və ya söndürüb yenidən işə salmaqdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol