• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlandı

Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlandı
17.08.2016 11:17
 Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejimi çərçivəsində qanun qüvvəsində olan iki yeni qərar elan edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sənədlər avqustun 17-də "Resmi Gazet"də dərc olunub.

Sənədlərdə bildirilib ki, iyulun 15-dən sonra Türkiyənin Daxili və Xarici İşlər nazirliklərindən, Milli Təhlükəsizlik Təşkilatından (MİT) 2 350 işçi, Türkiyə Silahlı Qüvvələrindən 1356 zabit, gizir və ixtisaslı çavuş kənarlaşdırılıb, İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının isə 196 əməkdaşı işdən çıxarılıb: "Hərbi Dəniz Qüvvələrindən 6 zabit, Hərbi Hava Qüvvələrindən 24 zabit, Sahil Mühafizə Xidmətinin isə 24 əməkdaşı işdən azad edilib".

Qərarlarda qeyd olunub ki, fövqəladə vəziyyət rejimi dövründə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb: "Bundan sonra hərbi hospitalların heyəti Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Dövlət müəssisələrində işləmək üçün 2010-cu ildə imtahan verərkən saxtakarlıqla köçürmə edənlərin əldə etdikləri nəticələr ləğv olunacaq. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini bundan sonra prezident təyin edəcək. 4 illik hərbi fakültələrdə təhsil alan məzunlar zabit ola biləcək".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol