• $
  • €
  • ₽
  • ₺
  • £

İran parlamentinin sədri: "Heç bir hərbi bazamızı Rusiyanın sərəncamına verməmişik"

İran parlamentinin sədri: "Heç bir hərbi bazamızı Rusiyanın sərəncamına verməmişik"
17.08.2016 16:16
Deputar Heşmətullah Falahatpişe: Konstitusiyanın 146-cı maddəsinə əsasən xarici dövlətlərə İranın hərbi bazasından istifadə qadağandır

"İran İslam Respublikası heç bir hərbi bazasını Rusiyanın sərəncamına verməyib".
"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani ölkənin İslamabad-e-Qərb şəhərini təmsil edən deputat Heşmətullah Falahatpişenin müvafiq sualına cavabında bildirib.

Deputat bildirib ki, ölkə konstitusiyasının 146-cı maddəsinə əsasən, hətta dinc məqsədlərlə belə xarici dövlətlərə  İranın hərbi bazasından istifadə qadağandır.

Qeyd edək ki, avqustun 16-da Rusiyanın "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələri İranın Həmədan bölgəsində hərbi aerodromundan qalxaraq, Suriyanın üç əyalətində terrorçu İŞİD qruplaşması və "Cebhat-ən-Nusra"nın mövqelərinə zərbə endiriblər.

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani isə Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün şuranın infrastrukturunu Rusiyanın istifadəsinə verəcəyini söyləmişdi. Onun sözlərinə görə, Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün Moskva ilə Tehran arasında strateji tərəfdaşlıq anlaşması mövcuddur. Katib bu tədbirin həmin razılaşma çərçivəsində reallaşacağını bildirmişdi.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol