• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada “əsgərlik” icbari ola bilər

Almaniyada “əsgərlik” icbari ola bilər
24.08.2016 18:27
Almaniya gələcək mümkün fəlakətlərzamanı orduya dəstək məqsədilə ümumi hərbi mükəlləfiyyət tətbiq edə bilər.

Başqa sözlərlə, bu, müəyyən vaxtlarda icbari hərbi qulluq deməkdir.

Bu müddəa ölkənin yeni müdafiə strategiyasında yer alıb.

Bundan əvvəl mətbuata sızmış məlumatlarda deyilirdi ki, Almaniya öz vətəndaşlarına mümkün fəlakət vəziyyətləri üçün su və ərzaq tədarükü görməyi tövsiyə edib.

Hökumət nazirləri yeni strategiyaya dair sənədi avqustun 24-də müzakirə edəcəklər.

"Wehrpflicht" və ya "bu da axırımız…”

Almaniyanın DPA xəbər agentliyi bildirir ki, yeni sənədə görə böhran vaxtlarında vətəndaşlar nəqliyyatın tənzimlənməsi, ordunun yanacaq və yaşayış yeri ilə təchizatı kimi işlərə icbari qaydada cəlb oluna bilər.

Mətbuat yazır ki, bəzi millət vəkillərinin "xofyaradan” adlandırdığı bu tədbirlər, almanları bir elə riqqətə gətirməyib.

Onlar bu məsələni sosial mediada hətta lağa da qoyurlar. Tvitter və Facebook-da dağsiçanının şəkli geniş paylaşılır. Şəklin altında siçanın dilindən "bu da axırımız” yazılıb.

Lakin "Wehrpflicht" – "mükəlləfiyyət” sözü ölkə mətbuatının ən çox müzakirə etdiyi mövzuya çevrilib.

Rusiya xofu

Ciddi təhlilçilər hökumətin narahatlığını bölüşdüklərini yazırlar.

Hökumət sənədində "milli fəlakət” ehtimalının az olduğu bildirilsə də, vurğulanır ki, ölkə terror hücumu və ya "hibrid müharibəsi” ilə üzləşə bilər.

Almaniya siyasətçiləri Krımın Rusiya tərəfindən ilhaqını və Ukrayna separatçılarına Moskvanın gizli-açıq dəstəyini hibrid müharibəsi adlandırırlar.

DPA bildirir ki, Almaniyada hərbi mükəlləfiyyət və ya icbari hərbi xidmət 2011-ci ildə ləğv edilsə də, konstitusiyada bu barədə müddəa hələ də qalır və bu, qanunun asanlıqla bərpasına imkan verir.

Soyuq müharibə illərində hesab olunurdu ki, Qərbi Almaniya zəruri olduqda 450 min əsgəri səfərbər edə və onların sayını 1 milyon 200 minə çatdıra bilər.

Bu da qeyd olunur ki, Almaniyada alternativ xidmət mövcuddur. Yəni orta məktəbi bitirənlər əsgərliyə getmək əvəzinə, məsələn 18 ay xəstəxanalarda işləyə bilərlər.

Müddətli hərbi xidmət isə 9 aydır.

Soyuq müharibə illərində, 1960-1980-ci illərdə əsgərlik müddəti 18 ay idi. (Azadliq.org)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol