• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyənin Suriyada keçirdiyi əməliyyatları dəstəkləyir

ABŞ Türkiyənin Suriyada keçirdiyi əməliyyatları dəstəkləyir
24.08.2016 14:56
ABŞ hökuməti Türkiyə ordusunun Suriyada Cerablus şəhərini İŞİD terrorçularından azad etmək üçün başlatdığı hərbi əməliyyata münasibət bildirib.

Oxu.az Hürriyet-ə istinadən xəbər verir ki,  ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Vaşinqton əməliyyata havadan dəstək verəcək.

M. Toner qeyd edib ki, əməliyyatla bağlı Türkiyə ilə bərabər Suriya Demokratik Qüvvələrinin təmsilçiləri ilə əlaqə saxlayırlar: "Həm Türkiyə, həm də Suriya Demokratik Qüvvələri ilə təmasdayıq. Gərginliyin artmamasına çalışırıq. Hər iki tərəfə ortaq düşmənin İŞİD olduğunu xatırladırıq".

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin əsasını PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qolu YPG və ərəb qüvvələr təşkil edir. Türkiyə PKK-nın Suriya qolunun Firat çayının qərbinə keçməsini özü üçün "qırmızı cizgi" elan edib. Ancaq ABŞ-ın söz verməsinə baxmayaraq, bir müddət əvvəl İŞİD-dən azad edilən Münbic şəhərindən YPG qüvvələri hələ də çıxmayıb. PYD Münbicdən sonra əsas hədəfinin Cerablus olduğunu bəyan etmişdi. Cerablus Suriyanın şimalı, Türkiyənin cənubunda kürdlərin əlindəki əraziləri ayıran yeganə məntəqədir. Kürd qüvvələri bu məntəqəni də ələ keçirərsə, Suriyanın şimalında kürd zolağı tamamlanmış olacaq. Bu səbəblə, Türkiyə Cerablusun kürdlər yox, Azad Suriya Ordusu tərəfindən azad edilməsinə çalışır.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol