• $
  • €
  • ₽
  • ₺
  • £

İnsanın yerə yıxılmasını əvvəlcədən xəbər verəcək datçiklər sistemi hazırlanıb

İnsanın yerə yıxılmasını əvvəlcədən xəbər verəcək datçiklər sistemi hazırlanıb
01.09.2016 23:59
Yerə yıxılma yaşlı insanlar üçün daha xüsusilə təhlükəlidir. Yaşlandıqca koordinasiyanın itirilməsi vəziyyəti ağırlaşdırır. 

Məhz yaşlı nəsil üçün hazırlanmış sensorlar sistemi insanları yerə yıxılma ehtimalı  ilə bağlı əvvəlcədən xəbərdar edəcək.
 
"ICTnews” Elektron Xəbər Xidməti "hi-news.ru” saytına istinadən yazır ki, gənclərdən fərqli olaraq qocalar hətta kömək çağırmaq qabiliyyətinə malik deyillər. Amma ABŞ alimlərinin ixtirası bu vəziyyəti tamamilə dəyişdirə bilər.

Missuri Universitetinin alimləri tərəfindən hazırlanmış ixtira kiçik datçik və sensorlar sistemindən ibarətdir, geyimə bərkidilir və hərəkətə mane olmur. Qurğu hərəkət sürətini, hər iki ayaq və bir ayağın addımları arasındakı məsafəni və məsafənin qət edilməsinə sərf edilən vaxtı qeydə alır. Belə ki, alimlərin araşdırmasına görə, hərəkət sürətinin saniyədə 5 sm azalması və addımlar arasındakı məsafənin azalması yerişin dəyişikliyinə və yaxın üç həftə ərzində tarazlığın itirilməsi riskinin 86% artmasından xəbər verir.

Layihənin direktoru Merilin Rans ümid edir ki, onun ixtirası yaşlı insanları travmalardan qorumağa kömək edəcək.
 
İxtira "TigerPlace” adlandırılıb. Qurğu sınaqlardan müvəffəqiyyətlə keçib və alimlər onu ABŞ-ın qocalar evlərində tətbiq etmək barədə razılıq əldə etməyə hazırlaşırlar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol