• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən nazik noutbuku

Dünyanın ən nazik noutbuku
02.09.2016 23:22
"Acer” şirkəti Berlində keçirilən "IFA” konfransında 9,98 mm qalınlığında dünyanın ən nazik "Acer Swift 7” noutbuk modelini təqdim edib. 

İndiyədək dünyanın ən nazik noutbuku qalınlığı 10,4 mm-ə bərabər "HP Spectre” hesab edilib. "Swift 7” hazırda bazarda qalınlığı 1 sm az ilk noutbukdur.

"ICTnews” Elektron Xəbər Xidməti "CNews” resursuna istinadən yazır ki, korpusu və qapağı bütöv alüminium təbəqəsindən düzəldilən qurğu 13 düymlük "Full HD” displey, yeddinci nəsil "Intel Core i5” prosessoru və 256 qiqabayt tutumlu bərk cisimli toplayıcı ilə təchiz edilib. Operativ yaddaşın həcmi qiqabayt təşkil edir. Həmçinin "Wi-Fi 802.11ac” adapteri "MU-MIMO” texnologiyasını dəstəkləyir və 2x2 konfiqurasiyasında işləyə bilir. Sistemin çəkisi 1,1 kq təşkil edir.

"Swift 7” noutbuku "Swift 5”, "Swift 3” və "Swift 1” modellər sırasında liderdir. Onların heç birinin qalınlığı və çəkisi "Swift 7” ilə müqayisə edilə bilməz. Məsələ ondadır ki, bu sistemlərin hamısı 14 düymlük matrisa ilə komplektləşdirilir.

"Acer Swift 7” noutbukunun EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) satışına bu ilin oktyabrında başlanılacağı gözlənilir. Qurğunun baza komplektliyində qiyməti 1299 avroya bərabər olacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol