• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda Ermənistan ordusunun əsgəri öldürüldü

Qarabağda Ermənistan ordusunun əsgəri öldürüldü
06.09.2016 13:55
Azərbaycanın işğal altında olan ərazisində Ermənistan ordusunun əsgərinin üzərindən çoxlu qara qançırlar aşkarlanıb.

"Report" "news.am"a istinadən xəbər verir ki, bu haqda məhkəmə tibbi ekspertizasının rəyində bildirilib.

Məlumata görə, ekspertiza ölümün güllə yarasından baş verdiyini təsdiqləyib.

İnformasiyaya əsasən, bu il iyunun 17-də meyiti idman meydançasında aşkarlanan Qrant Qriqoryanın atası Qaruş Qriqoryan cəsədin üzərində çoxlu sayda qara qançırların olduğunu söyləyib: "Dirsəkdən yuxarı hissəsi göm-göy idi. Görünür, onun qollarını sıxıblar".

Xəbərdə bildirilib ki, bu hadisə ilə bağlı "ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. Onun komandiri V.Balayan həbs edilib. Tağım başçısına qarşı tabeçiliyində olanları "döymə və təhqir etmə" maddələri əsasında ittiham irəli sürülüb.

Qeyd edək ki, bu il iyunun 17-də Azərbaycanın işğal altında olan torpaqlarında 1997-ci ildə anadan olmuş 1Qrant Qaruşeviç Qriqoryan odlu silahdan açılan atəş nəticəsində öldüyü barədə xəbər yayılmışdı. Xəbərə görə, hadisə idman meydançasında baş verib. O vaxt hadisənin naməlum səbəbdən baş verdiyi bildirilmişdi. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol