• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ehtiyat Fondunun aktivləri avqustda 18% azalıb

Rusiya Ehtiyat Fondunun aktivləri avqustda 18% azalıb
29.05.2020 03:40
Rusiya Ehtiyat Fondunun aktivləri 2016-cı ilin avqust ayında 18,4% azalaraq 2,09 trln. rubla (32,1 mlrd. ABŞ dolları) düşüb.
 
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Maliyyə Nazirliyi tərəfindən verilib. 

Hesabat dövründə Rusiya Milli Rifah Fondunun aktivləri 2,5% azalaraq 4,719 trln. rubla (72,6 mlrd. dollar) geriləyib.

Xatırladaq ki, Maliyyə Nazirliyi avqust ayında bu il artıq 3-cü dəfə Ehtiyat Fondundan büdcə kəsirinin maliyyələşdirilməsi üçün 390 mlrd. rubl (6 mlrd. dollar) vəsait köçürüb.

Rusiya Maliyyə Nazirliyinin hesabatına əsasən, 2016-cı ildə büdcə gəlirləri 2015-ci illə müqayisədə 8% azalacaq, inflyasiya nəzərə alınmaqla isə azalma real olaraq 15% təşkil edəcək. Büdcə gəlirləri planlaşdırılandan 1,2 trln. rubl və ya 18,5 mlrd. dollar az olacaq. Maliyyə Nazirliyinin proqnozuna görə, büdcə gəlirləri ancaq 2018-ci ildən etibarən artmağa başlayacaq və bu artım inflyasiya sürətindən geri qalacaq. Nəticədə, büdcə gəlirlərinin 2015-ci illə müqayisədə real ifadədə 25% azalacağı gözlənilir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol