Nazir: Rusiyanın türk aqrar məhsullarına qarşı embarqonu ləğv etməsi iki ay uzana bilər

Rusiya tərəfindən Türkiyənin aqrar məhsullarına qarşı embarqonun ləğv edilməsi daha iki ay uzana bilər.
ANN.Az-ın Trend agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik deyib.
Onun sözlərinə görə, türk məhsullarına sanksiya tətbiq edildikdən sonra rusiyalı istehlakçılar Türkiyə məhsullarını daha baha qiymətə almağa məcbur olurdular.
www.ann.az
























