• $
  • €
  • ₽
  • ₺
  • £

BMT mütəxəssisi Azərbaycana səfər edəcək

BMT mütəxəssisi Azərbaycana səfər edəcək
08.09.2016 23:22
 BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün ölkədə rəsmi səfərdə olacaq.

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində M.Forst Azərbaycanda vətəndaş cəmiyyətlərinin vəziyyəti ilə maraqlanacaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq.

"Mən demokratiyanın möhkəmləndirilməsi yolları və azərbaycanlı hüquq müdafiəçilərinin öz dəyərli fəaliyyətlərini həyata keçirmək üçün əlverişli mühitin yaradılması barədə kostruktiv müzakirələrin baş tutacağını gözləyirəm", - deyə, M.Forst səfər öncəsi deyib.

Səfər müddətində xüsusi məruzəçi bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, o cümlədən vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.

Xüsusi Məruzəçinın yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.
Qeyd edək ki, Mişel Forst BMT-nin İnsan Haqları Şurasının tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyətləndirilmiş müstəqil ekspertdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol