Türkiyəyə qarşı yeni hərbi təşkilat yarandı

Suriyanın Hələb şəhərinin Tel Rıfat qəsəbəsində Türkiyəyə qarşı yeni təşkilat yaranıb.
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, ABŞ dəstəkli Demokratik Suriya Qüvvələrinin (DSQ) nəzarətində olan qəsəbədə yaranan qrupun adı "Suriya Milli Müqaviməti”dir.
Livanın "Əl Əhbar” saytına açıqlama verən DSQ sözçüsü Rezan Hedo Osmanlı-Türk idarəçiliyi zamanı bölgənin ağır duruma düşdüyünü deyib. O, "türk işğalına qarşı” mübarizə aparacaqlarını bildirib.
Açıqlamada diqqət çəkən başqa bir məqam isə Hatay vilayəti ilə bağlıdır.
"İskəndərun sancağından (Türkiyə ərazisindəki Hatay vilayəti. - red) Cerablusa qədər bütün Suriya torpaqlarını geri alacağıq”, - təşkilat sözçüsü qeyd edib.
www.ann.az
























