Özbəkistanın müvəqqəti prezidenti bu şəxs oldu

Qərar qəbul edildi
ANN.Az xarici mediaya istinadla xəbər verir ki, Özbəkistanın Baş naziri Şavkat Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.
Qərar Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclasında qəbul edilib.
Xatırladaq ki, Özbəkistanda parlament növbədənkənar prezident seçkilərini bu ilin dekabr ayına təyin edib.
Özbəkistanın birinci prezidenti İslam Kərimov insult səbəbindən vəfat edib və sentyabrın 3-də Səmərqənddə dəfn edilib.
www.ann.az
























