"Gürcüstan NATO-nun üzvü olacaq"– BAŞ KATİB

Stoltenberq Gürcüstan məsələsinə toxunub
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Tbilisidə tələbələrlə görüşü zamanı Gürcüstanın bu qurumun üzvü olacağını bəyan edib.
O bildirib ki, NATO-nun genişlənməsi "açıq qapı" siyasətinin nəticəsidir və Buxarestdə alyansın üzvləri bəyan etdilər ki, Gürcüstan mütləq NATO-nun üzvü olacaq.
"Biz Gürcüstanın gələn il NATO-ya üzv olacağını söyləmirik, ancaq siz doğru yoldasınız və inteqrasiya yolunda çox şeyə nail olmasınız”, - deyə katib bildirib.
www.ann.az
























