• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin qızı internetdə tanış olduğu əcnəbiyə ərə getdi, xalq etiraz etdi - FOTO

Prezidentin qızı internetdə tanış olduğu əcnəbiyə ərə getdi, xalq etiraz etdi - FOTO
13.09.2016 10:30
Qırğızıstan prezidenti Almazbek Atambayevin qızı Aliyə Şaqiyevanın nikahı qırğızların qəzəbinə tuş gəlib.

ANN.Az Publika.az saytına istinadən xəbər verir ki, buna səbəb prezidentin qızının öz millətindən olmayan biri ilə evlənməsidir.

A. Şaqiyeva bu yaxınlarda "İnstagram”da öz əri ilə fotosunu paylaşaraq, ailə qurduğunu elan edib.

Onun paylaşımına gələn şərhlər isə gözlənilməz olub. Onu çox az həmvətənlisi təbrik edib, əksəriyyəti öz narazılıqlarını bildiriblər. Əsas müzakirə mövzusu də Aliyənin məhz qırğızla evlənməməsi, əksinə başqa millətin nümayəndəsinə könül salması olub.

Məlumatlara görə, Atambayevin yeni kürəkəni 1992-ci ildə Bişkekdə doğulub. İxtisasca proqramçıdır və böyük şənlikləri sevmir. O, prezidentin qızı ilə internetdə dörd il öncə tanış olub. Həmin zaman oğlanın 20, qızın isə 15 yaşı olub. Lakin onun hansı millətdən olduğuna dair sayt heç bir məlumat yazmayıb.

İki ay öncə o qıza evlənmək təklifi edib və məsələyə ailələr qarışıb. Hər iki ailə razı olublar.

Qırzıqların etirazına münasibət bildirən Aliyə qeyd edib ki, coşqun millətçilik mədəni düşüncənin aşağı səviyyəsi kimi görünür.




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol