Bodibildinq haqqında bunları mütləq bilməlisiniz - FOTOLAR

Bodibildinqlə bağlı ən maraqlı faktlar
ANN.Az-ın xəbərinə görə son dövrlər xüsusən gənclər arasından ən çox müraciət olunan idman növlərindən biri məhz bodibildinqdir.
Bodibildinq (ing. body-bədən, building-qurmaq) və ya kulturizm xüsusi fiziki məşqlər hesabına əzələlərin inkişafı, şişirdilməsidir.
Aktuallığı nəzərə alaraq, bu maraqlı və çətin idman növü barədə ən maraqlı faktları təqdim edirik:
İlk trenajor aparatı alman Fridrix Lüdviq Yan tərəfindən ixtira edilib, 19-cu əsrin ikinci hissəsində isə İsveçdən olan həkim Vilhelm Tsander ilk trenajor zalını açıb.

Denis Sester - ən böyük bitsepslərə malik bodibilder.

Markus Rul - ən iri çiyinlərə sahib kulturist.

Rey Mun - ən yaşlı bodibilder (80 yaş).

Ən zəif və balaca bodibilder isə Hindistandan olan Aditya Devdir. Çəkisi 8,5 kilo, boyu isə 88 sm olan bu gənc 4,5 kilo çəki qaldıra bilir.

Ən yaşlı qadın bodibilder isə amerikalı Ernestina Şeparddır. Onun 76 yaşı tamam olub.


www.ann.az
























