• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni texnologiya bağlı kitabları oxuyacaq

Yeni texnologiya bağlı kitabları oxuyacaq
28.05.2020 22:53
Massaçusets Texnologiya İnstitutu və Corciya Texnologiya İnstitutunun tədqiqatçıları bağlı kitabların oxunmasına imkan verəcək kitabların mündəricatını müəyyənləşdirən yeni sistem hazırlayıblar.

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, eyni anda doqquz kitabı vərəqləmədən oxumağa imkan verən sistem ilk baxışdan rentgeni xatırladır və mürəkkəblərdən başqa cür əks edilən mətni kağız qatlarının içindən skan edən terahers şüalandırmadır. Rentgen şüalanma belə seçimi təmin edə bilmir, ultrasəs isə dərinlik üzrə analoji təsviri əldə etməyə imkan vermir. Müxtəlif işıq əksetmələri sistemə kağızı mürəkkəbdən seçməyə imkan verdiyi halda 20 mikron qalınlığında hava qatları müxtəlif səhifələri fərqləndirə bilir.

Texnologiyanın ilkin mərhələdə olmasına baxmayaraq tədqiqatçılar artıq sistem vasitəsilə kitabın ilk 20 səhifəsi arasında olan məsafəni ölçməyə, eləcə də ilk 9 səhifədə çap edilən ayrı-ayrı hərfləri müəyyənləşdirməyə nail olublar. Hazırda alimlərin məqsədi sistemin dəqiqliyini artırmaqdan, həmçinin tanınan səhifələrin sayını artırmağa imkan verəcək şüalandırma mənbəyinin axtarışından ibarətdir. 

Texnologiya faydalı görünməsə (çünki kitabı ələ götürüb oxumaq daha asandır) də, sistem uğur qazanacağı təqdirdə zədələnən tarixi artefekatların və qədim abidələrin analizinə kömək edə bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol