• $
  • €
  • ₽
  • ₺
  • £

19 yaşında milyarder olan qızı siz də tanıyın - FOTOLAR

19 yaşında milyarder olan qızı siz də tanıyın - FOTOLAR
14.09.2016 14:47
Norveç sakininin cəmi 19 yaşı var, ancaq onun ümumi sərvəti 1,2 milyard dollardır

ANN.Az xəbər verir ki, "Forbes" jurnalı bir müddət öncə 30-cu sayında Norveçdə yaşayan Aleksandra Anderseni dünyanın ən gənc milyarderi adlandırdı.

Aleksandra Norveçdə yaşayan peşəkar atlıdır. 

Andersenin ailəsi tütün sayəsində var-dövlət qazana bilir. Onun ulu babasının 1849-cu ildə qurduğu şirkət Norveçdə siqaret üzrə aparıcı istehsalçıya çevrilib.
 


2005-ci ildə Andersenlər şirkəti etik səbəblərə görə 500 milyon dollara satıblar. Bu pullar isə birbaşa investisiyalar və hedcinq fondlarına yatırıldı. 2007-ci ildə Aleksandranın atası "Ferd Holding" şirkətinin səhmlərinin 80 faizini qızının adına köçürdü.
 


Buna baxmayaraq, ata qızlarının şirkətlərinə nəzarət edir və onlara yalnız köhnə avtomobillər sürməyə icazə verir.

"Mənim şirkəti idarə etməyim üçün ambisiyalarım var idi. Ancaq, mən əmin deyiləm ki, bu ambisiyalar uşaqlarımda da var. Mən onlara insan kimi, robot kimi yox, seçim imkanı verdim", - deyə ata qeyd edir.
 


İkinci milyarder isə Aleksandranın 20 yaşlı bacısı Katerinadır.

Aleksandra bildirir ki, skandinav ölkələrində böyüyən nəslin ailə biznesində iştirakı gözlənilir.

"Mən nə edirdim - hər zaman boş şeylərə pul xərcləməməyə çalışır, qazandığım mükafat pullarını, ad günümdə aldığım pulları isə ayırıb saxlayırdım. Bu, mənə istədiyim əşyaları almağa imkan verirdi və mən anamdan pul istəmirdim", - deyə Aleksandra müsahibələrindən birində deyib.
 
 

Aleksandra peşəkar olaraq atçılıq idmanı ilə məşğul olur və 2013-cü ildə Avropa çempionatında gənclər arasında bürünc, 2014-də isə gümüş medal qazana bilib. Onun sevgilisi isə qarışıq döyüş növləri ilə məşğul olur.
 


"Ömrümün qalan hissəsini yalnız atçılıq idmanına həsr etmək arzusundayam", - deyə Aleksandra inamla əlavə edib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol