• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər balıq pulcuğu ilə işləyən generator yaradıblar

Alimlər balıq pulcuğu ilə işləyən generator yaradıblar
14.09.2016 20:53
Hindistanın Kəlküttə Universitetində fiziklərdən ibarət qrupun ixtirası inqilabi ola bilər, çünki yenilik yalnız xüsusi tip batareyadan istifadə etmir, həmçinin titrəyiş, səsli dalğalar və külək axınları vasitəsilə enerji toplaya, sonra isə onları elektrik enerjisinə çevirə bilir.

"ICTnews” Elektron Xəbər Xidməti "hi-news.ru” saytına istinadən yazır ki, əslində material ilk baxışdan göründüyündən fərqli olaraq daha asan yığılıb: belə ki, balıq pulcuğunun pyezoelektrik xüsusiyyətlərindən istifadə edilib. Pyezoelektrik xüsusiyyətlərin mövcudluğu onu ifadə edir ki, balıq pulcuğu mexaniki təsir zamanı elektrik enerjisi toplamaq qabiliyyətinə malikdir. İxtiranın müəlliflərindən olan Dipankar Mandal iddia edir:

"Balıq pulcuğundan ibarət batareyalardan istifadə edən elektrik cihazları tərkibində zəhərli qurğuşun və bismut olan müasir pyezoelektrik generatorların ekoloji cəhətdən ən təmiz analoqudur".

Mandal və onun həmkarı Sudcoy Kumar ilk sınaqlar üçün yaxınlıqda yerləşən bazara yollanaraq karp balığının pulcuqlarını toplayıblar. Bundan sonra onlar ona qızıl elektrodlar bərkidiblər və üstünü laminatla örtüblər. Nəticədə əldə olunmuş generator 77 işıq diodunu yandırmağa kifayət edib.

Kumar və Mandal tədqiqatlarının nəticələrini bu yaxınlarda "Applied Physics Letters” jurnalında dərc ediblər. Alimlər  bu ixtiranın tibbi implantlar, eləcə də digər kiçik cihazlar üçün çox faydalı ola biləcəyinə ümid bəsləyir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol