• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq

Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq
15.09.2016 10:45
"Facebook” sosial şəbəkəsi və "Twitter” mikrobloqlar servisi özündə 30-dan çox media şirkətini birləşdirməklə məqsədi sosial şəbəkələrdə uydurma xəbərlərin yayılması ilə mübarizə və informasiyanın keyfiyyətinin yaxşılaşdırılması olan ittifaqa qoşulub.

"ICTnews” Elektron Xəbər Xidməti "NEWSru” resursuna istinadən yazır ki, söhbət ötən ilin iyununda "Google” şirkətinin dəstəyi ilə istifadəyə verilən "First Draft Coalition” layihəsindən gedir. O zaman layihə müəllifləri bəyan ediblər ki, şirkətlər üçün praktiki təlimat yazacaq, sosial şəbəkə istifadəçiləri arasında media savadlılığının inkişafı ilə məşğul olacaq, eləcə də istifadəçilərin xəbərləri təsdiq və ya inkar etmələri üçün platforma işə salacaqlar.

Təşkilatın idarəedici direktoru Cenni Sarcentin sözlərinə görə, platformanın istifadəyə verilməsi oktyabrın sonuna nəzərdə tutulur. Layihədə "Facebook” və "Twitter” ilə yanaşı, "New York Times” və "Washington Post” qəzetləri, "BuzzFeed News” nəşri, "AFP” agentliyi və  "CNN” telekanalı iştirak edir.

Lakin hazırda ittifaqın qarşıya qoyduğu vəzifələri necə həyata keçirmək niyyətində olması tam aydın deyil.
Qeyd edək ki, "Facebook” və "Twitter” uydurma xəbərlərin yayılmasına görə dəfələrlə tənqid olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol