Ermənistanın yeni baş prokuroru seçildi

Ermənistanın parlamenti Artur Davtyanı baş prokuror seçib.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, səsvermədə iştirak edən 103 deputatdan 97-si onun lehinə səs verib, 3-ü əleyhinə səs verib, 3 büllüten isə etibarsız sayılıb. 38 yaşlı Artur Davtyan bu vəzifəyə yeganə namizəd olub.
Qeyd edək ki, bu il avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib.
www.ann.az
























