• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni toyunda gəlin Azərbaycan rəqsinə oynadı - VİDEO

Erməni toyunda gəlin Azərbaycan rəqsinə oynadı - VİDEO
29.05.2020 03:32
Ermənistanın paytaxtı İrəvanda baş tutan toy məclislərindən birində Azərbaycan milli rəqsi ifa olunub. 

ANN.Az baku.ws-ə istinadən bildirir ki, erməni gəlin öz toyunda məhz Azərbaycan rəqsi Uzundərə ilə qonaqlara şou nümayiş etdirib. Maraqlısı ondadır ki, ermənilər Azərbaycan rəqsini öz adlarına çıxaraq toy məclisində Ermənistanın milli rəqsi kimi təqdim ediblər. 
 
Qeyd edək ki, Uzundərə - qədim Azərbaycan rəqslərindən biridir. Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.

Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.

O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə "gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın" deyilir. Beləliklə də, "Uzundərə" oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir".
 
Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilib. Uzundərəyə, həmçinin erməni incəsənət adamları müraciət ediblər.




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol