Kim ilk dəfə yardım üçün xaricə müraciət etdi

Şimali Koreya Xarici İşlər Nazirliyi Asiya ölkələrinin diplomatik nümayəndəliklərinə müraciət edərək, Xamqen-Pukto əyalətindəki su daşqınının nəticələrini aradan qaldırmaq üçün yardım istəyib.
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Sinxua” agentliyi yayıb. Rəsmi Pxenyan yardım üçün 9 Asiya ölkəsinə müraciət edib.
Qeyd edək ki, Şimali Koreyada dəhşətli yağışlardan sonra yaranan daşqını nəticəsində yüzlərlə insan itkin düşüb. 29 min insan evsiz qalıb.
www.ann.az
























